AZ

Aİ Macarıstan iqtisadiyyatına zərbə vura bilər

Avropa İttifaqı Budapeştin Ukraynaya yeni yardım paketi ilə bağlı razılaşmadan imtina edəcəyi təqdirdə Macarıstan iqtisadiyyatını sarsıtmaq üçün plan hazırlayır.
Metbuat.az xəbər verir ki, Britaniyanın "Financial Times" qəzetinə istinadən xəbər verir ki, Macarıstan öz mövqeyini dəyişməkdən imtina edəcəyi təqdirdə, bu ölkənin iqtisadi zəifliklərini hədəfə alan strategiya hazırlanıb.Hazırlanmış strategiya Macarıstanın məşğulluğuna və iqtisadi artımına zərər vurmaq üçün valyutanın zəiflədilməsi və investorların inamının azaldılmasını nəzərdə tutub.Qeyd olunub ki, Macarıstanın baş naziri Viktor Orban güzəştə getməsə, o zaman Aİ rəhbərliyi “bazarları qorxutmaq” niyyəti ilə Budapeştə maliyyənin tamamilə dayandırıldığını açıq şəkildə elan edə bilər.Macarıstanın Aİ işləri üzrə naziri Yanoş Boka FT-yə belə təhdidlərdən xəbərsiz olduğunu deyib. O əlavə edib ki, Budapeşt “təzyiqlərə boyun əymir”. Onun sözlərinə görə, Macarıstan danışıqlarda konstruktiv iştirakını davam etdirəcək.Nazir qeyd edib ki, Macarıstan şənbə günü Brüsselə yeni kompromis təklifi göndərərək, Aİ büdcəsindən Ukraynaya yardım üçün vəsaitin istifadəsinə və Kiyevin ehtiyaclarını ödəmək üçün icma borcları məsələsinə ilkin razılıq verib.“Təklif gələcəkdə Avropa İttifaqı Budapeştlə bağlı qərarının dəyişdirilməsinin mümkünlüyü haqqında bənd əlavə edərsə keçərli olacaq”.Bundan əvvəl Bloomberg xəbər vermişdi ki, Avropa İttifaqı ölkələri Macarıstanın təsdiqi olmasa belə, fevralın 1-də keçiriləcək sammitdə Ukraynaya 50 milyard avroluq yardım paketini qəbul etməyə hazırdır.
Macarıstan vəsaitlərin xərclənməsinə ciddi nəzarət etməklə hər il Kiyevə maliyyə yardımı göstərməyi təklif edib.Məsələ fevralın 1-də Belçika paytaxtında keçiriləcək sammitdə, icma liderləri tərəfindən yenidən müzakirə olunacaq.

Seyranə Quliyeva / Metbuat.az

Seçilən
270
41
metbuat.az

10Mənbələr