AZ

Rusiya NATO təlimini özü üçün təhdid hesab edir - Peskov

Bakı. Trend:

Rusiya öz sərhədləri yaxınlığında NATO-nun irimiqyaslı təlimlərkeçirməsini özü üçün təhdid hesab edir.

Trend xəbərverir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi DmitriPeskov jurnalistlərə deyib.

"Biz bunu təhdid kimi qəbul edirik. Bu, qarşıdurmadır. NATOABŞ-nin idarəetməsi altında qarşıdurma vasitəsi kimi formalaşıb", -o deyib.

Peskov, həmçinin, Rusiyanın müvafiq tədbirlər gördüyünü qeydedib.

"NATO-nun öz hərbi infrastrukturunu sərhədlərimizə doğru hərəkətetdirdiyini müşahidə edirik", - o deyib.

Qeyd edək ki, NATO Rusiya sərhədi yaxınlığında hərbi təlimlərəbaşlayıb. Bu, NATO-nun "soyuq müharibə"dən sonrakı ən böyük təlimiolacaq. May ayının sonuna qədər davam edəcək "Steadfast Defender2024" təlimlərində 90.000 hərbçinin iştirak edəcəyi bildirilir.Təlimlərdə NATO-ya üzv dövlətlərlə yanaşı, ittifaqa üzvlüyə namizədİsveç də iştirak edəcək. Təlimlər Norveçdən Rumıniyaya qədər Avropaərazisini əhatə edəcək.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
102
3
az.trend.az

4Mənbələr