“Bu günə olan məlumata görə, növbədənkənar prezident seçkiləri ilə əlaqədar akkreditasiyadan keçən müşahidəçilərin sayı 86 min 490-dır”.
E-huquq.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
Sədr bildirib ki, onlardan 790-ı beynəlxalq müşahidəçidir.
“119 beynəlxalq media nümayəndəsi seçki prosesində fəaliyyət gösətərəcək”, - deyə sədr əlavə edib.
Şəbnəm Mehdizadə