AZ

Pauelldən mesaj

ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Jerome Pauell, faiz endirimlərinə başlamaq üçün doğru zamanı seçməyə çalışdıqlarını və diqqətli davranacaqlarını bildirib.

Fins.az xəbər verir ki, Pauell CBS televiziyasında yayımlanan "60 dəqiqə" proqramında gündəmlə bağlı qiymətləndirmələr edib.

Son bir ildə inflyasiyanın azaldığını, son 6 ayda isə kifayət qədər kəskin düşdüyünü ifadə edən Pauell, yaxşı irəliləyiş əldə etdiklərini, lakin “hələ işin görülmədiyini” söylədi.

Pauell ABŞ iqtisadiyyatının güclü olduğunu ifadə edərək, "İnkişaf möhkəm bir templə davam edir. Əmək bazarı güclüdür: işsizlik 3,7% və inflyasiya aşağı düşür. İqtisadiyyatın bu qədər güclü olması ilə biz düşünürük ki, bu suala diqqətlə yanaşa bilərik. faiz dərəcələrini azaltmağa nə vaxt başlamaq lazımdır” dedi.

Günel Məlikzadə
Fins.az

 

Seçilən
455
2
fins.az

10Mənbələr