AZ

NEQSOL Holding Qarabağa 200 milyon manatadək sərmayə yatıracaq

Bakı. Trend:

NEQSOL Holding Azərbaycanın işğaldan azad edilmiş ərazilərininyenidən qurulması və inkişafı üçün sərmayə planlarınıaçıqlayıb.

“NEQSOL Holding bölgənin bərpası və inkişafı üçün ümumilikdə 200milyon manatadək sərmayə yatırmağı planlaşdırır. Layihələr regionuninkişafı, yaşıl enerji təminatı, eləcə də iqtisadi və sosialhəyatın canlandırılması, yerli əhali üçün iş yerlərinin və təhsilimkanlarının yaradılması istiqamətlərində Azərbaycan dövlətininapardığı genişmiqyaslı işlərə və bu xüsusda Azərbaycanın işğaldanazad edilmiş ərazilərinin yenidən qurulması və inkişafı səylərinədəstək məqsədi daşıyacaq. Təklif olunan sərmayə planı holdinqinsəhmdarı tərəfindən artıq təsdiq edilib” Holdinqin Baş DirektoruYusif Cabbarov bildirib.

“Azərbaycanda mövcud pozitiv iqtisadi dinamika, yaradılmışmünbit biznes şəraiti, azad edilmiş ərazilərdə sərmayə yatırmaqüçün özəl biznesə təqdim edilən imkanlar və göstərilən dəstəyiyüksək qiymətləndirir və xüsusilə Azərbaycan dövlətinin başçısıtərəfindən özəl sektorun işğaldan azad edilmiş ərazilərə sərmayəçiqismində dəvət edilməsinə görə dərin təşəkkürümüzü ifadə edirik.Hesab edirik ki, dövlət tərəfindən regionun infrastrukturununbərpası və keçmiş məcburi köçkünlərin qısa zamanda qayıdışı üçünmühüm işlər həyata keçirilir. Biz də özəl sektoru təmsil edənholdinq olaraq dövlətin bu istiqamətdə olan fəaliyyətinidəstəkləyərək regionun iqtisadi inkişafına töhfə vermək əzmindəyik.Biz regionun inkişafına dəstək olmaq missiyasını özümüzə mənəviborc kimi görürük, tərəfdaşlarımızı və digər maraqlı tərəfləri buməqsəd ətrafında səylərini birləşdirməyə və əməkdaşlığa dəvətedirik,” Yusif Cabbarov əlavə edib.

NEQSOL Holding və tərkibindəki şirkətlərin sərmayə planlarınainformasiya texnologiyaları təmayüllü məktəbin inşası, Cəbrayılrayonunda günəş elektrik stansiyasının inşası, telekommunikasiyainfrastrukturunun bərpası və inkişafı və regionun füsunkartəbiətinə qayğı ilə yanaşan ekoloji cəhətdən məqbul bir sıra digərlayihələr də daxil olacaq. Bu layihələr Azərbaycanda “Yaşıl DünyaNaminə Həmrəylik İli”nə uyğun dayanıqlı inkişaf məqsədlərini dədəstəkləyəcək.

NEQSOL Holding-in tərkibində olan “Nobel Energy” Cəbrayılrayonunda günəş elektrik stansiyasının inşasını planlaşdırır.Layihə regionun yaşıl enerji zonasına çevrilməsi məqsədlərinə dəxidmət edəcək. Ümumi gücü 100 meqavat olan layihənin icrasınəticəsində ildə 180 milyon kilovat-saat enerji istehsalı nəzərdətutulur, bu isə orta hesabla 58.000-ə yaxın evi elektrik enerjisiilə təmin edəcək. Stansiyanın tikintisi zamanı 600 nəfərin,istismara verildikdən sonra isə 80 nəfərin işlə təmin edilməsiplanlaşdırılır.

Holdinqin tərkibindəki “Bakcell” və “Azerconnect” şirkətləriregionda müxtəlif layihələr həyata keçirir. “Bakcell” regionda120-dən çox baza stansiyası, 3 xidmət mərkəzi və 1 mağazaistifadəyə verib, müasir səs texnologiyası olan VoLTE xidmətinimüştərilərə təqdim edib. “Bakcell” regionda xidmət mərkəzlərininsayını 10-a çatdırmağı planlaşdırır. “Azerconnect”telekommunikasiya infrastrukturunun yaradılması və inkişafınasərmayələrini daha da artıracaq, eləcə də bu işlər sayəsindəregionda əlavə 100-dək daimi iş yeri yaradacaq.

NEQSOL Holding keçmiş münaqişənin nəticələrinin aradanqaldırılması üçün korporativ sosial məsuliyyət layihələri də həyatakeçirir. Holdinq və şirkətləri bu istiqamətdə təhsil, səhiyyə,sosial rifah, ətraf mühitin qorunması və sair sosial və ianəlayihələrinə son illərdə 10 milyon manat yönəldib və bu işləridavam etdirəcək.

Gənclərin regiona qayıdışına əlavə dəstək, onlar üçün innovativsahələrdə iş yerlərinin yaradılması və yeni startap layihələrininhəyata keçirilməsi üçün NEQSOL Holding regionda informasiyatexnologiyaları (İT) təmayüllü məktəb və innovasiyalar mərkəziyaratmağı planlaşdırır. Gənclər İT təmayüllü məktəbdə təhsil ala,innovasiyalar mərkəzində isə startap layihələrini həyata keçirəbiləcəklər, bu isə sərmayə qoyulacaq yeni sahələrin və işyerlərinin yaradılması baxımından vacibdir.

Layihələrin müvafiq qaydada tənzimləyici dövlət qurumları ilərazılaşdırdıqdan sonra icrasına başlanılacaq.

NEQSOL Holding beynəlxalq şirkətlər qrupu 11 ölkədətelekommunikasiya, enerji, tikinti və yüksək texnologiyalarsahələrində fəaliyyət göstərir.

Seçilən
77
11
az.trend.az

10Mənbələr