AZ

Nəhənglər onun üçün yarışacaq

Əzəli rəqiblər "Mançester Siti" və "Mançester Yunayted" transfer yarışına çıxacaqlar.

Publika.az xəbər verir ki, Mançester təmsilçiləri "Kristal Pelas"ın vingeri Maykl Olisye uğrunda mübarizə aparacaqlar. 22 yaşlı futbolçunun transfer dəyəri 60 milyon funt-sterlinqdən çoxdur.

Bildirilir ki, Olisye yeni komandasında daimi oynamaq üçün zəmanət aldıqdan sonra "Kristal Pelas"dan ayrılacaq.

Qeyd edək ki, Fransa U-21 millisinin üzvü 2021-ci ildə "Ridinq"dən 9.3 milyon avroya transfer edilib. O, London klubunun heyətində ümumilikdə 82 oyunda 12 qol vurub və 22 məhsuldar ötürmə edib.

Seçilən
233
16
publika.az

10Mənbələr