AZ

Süni intellekt 2000 illik gizli mətni açdı

Tədqiqatçılar süni intellektdən istifadə edərək Vezuvi vulkanının püskürməsi zamanı yandırılmış 2000 illik tumarın gizli mətnini deşifrə ediblər.

Demokrat.az
xəbər verir ki, bu barədə “İndependent” məlumat yayıb.

Məlumatda, yanmış papirusun Yunan filosofunun dərin düşüncələrini ehtiva etdiyi və Epikür fəlsəfə məktəbinə dair heç vaxt görülməmiş fikirləri ortaya qoyduğu bildirilib. 

Tədqiqatçılar kömür parçasına bənzəyən perqamenti rəqəmsal olaraq skan etdikdən sonra papirusu virtual olaraq açmaq və hərfləri müəyyən etmək üçün 3D xəritələmə və süni intellekt üsullarından istifadə ediblər.

Tədqiqat Youssef Nader, Luke Farritor və Julian Schilliger adlı üç tədqiqatçı tərəfindən aparılıb.

Tədqiqatçılar bu texnikadan istifadə etməklə daha çox məlumatın aşkar edilə biləcəyini açıqlayıblar.

Aysu
Demokrat.az
Seçilən
1851
26
demokrat.az

10Mənbələr