Bakı.Trend:
Növbədənkənar prezident seçkilərində ən yüksək və ən aşağıseçici fəallığı olan dairələr məlum olub.
Trend-in məlumatına görə, saat 19:00-a olan məlumata əsasən,seçici fəallığının ən yüksək olduğu dairə 15 saylı Yasamal BirinciSeçki Dairəsidir.
Bu seçki dairəsində seçici fəallığı 83,36 % olub.
Seçici fəallığının ən aşağı olduğu dairə 19 saylı NərimanovBirinci Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 59,80% olub.