AZ

Məşhur iş adamı öldü

Rusiyanın iş və işçi axtarışı ilə məşğul olan HeadHunter şirkətinin prezidenti Mixail Jukov 55 yaşında vəfat edib.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə şirkətin mətbuat xidməti Telegram kanalında məlumat yayıb.

 

"HeadHunter dərin kədərlə Mixail Jukovun vəfatını elan edir", - nəşrdə deyilir.

 

Mətbuat xidmətinin məlumatına görə, Jukov ötən ilin martında şirkətin prezidenti olub və 15 il - 2008-ci ildən 2022-ci ilə kimi baş direktor vəzifəsində çalışıb.

 

Qeyd olunur ki, rəhbərlik etdiyi dövrdə həmin şəxs şirkəti təkcə Rusiyada deyil, bütün dünyada onlayn işə götürmə bazarında lider edib.

"Mixailin vəfatı əvəzedilməz, vaxtsız itkidir, onun bütün ailəsinə və yaxınlarına başsağlığı veririk", - mesajın sonunda deyilir.

Oktyabr ayında HeadHunter “Karyera Bazarı”nı işə saldı - burada iş axtaranlara iş tapmaqda və karyera qurmaqda kömək edə biləcək mentorların, karyera məsləhətçilərinin və psixoloqların təqdim olunduğu platformadır.

.

 Miri

 

Seçilən
213
6
oxu24.com

10Mənbələr