AZ

Növbəti kitabını Aygün Bəylərə həsr etdi

Əməkdar artist Bəhram Bağırzadə növbəti kitabını mərhum Əməkdar artist Aygün Bəylərə həsr edib.

Axşam.az xəbər verir ki, bu haqda aktyor özü məlumat yayıb. O bildirib ki, nəşr muğam ifaçısının vəfatından 40 gün keçməsinə həsr edilib:

"Fevralın 14-də Aygün Bəylərin dünyasını dəyişməsinin 40 günüdür. Yaradıcı kollektivimiz söz vermişdi ki, "Muğam tarixi" kitabını həmin üzücü gündə bir neçə dildə təqdim edəcək. İnşallah, bu kitab fevralın 14-də işıq üzü görəcək. Aramızdan erkən ayrılan sevimli xanəndəmizin mübarək xatirəsinə ithaf etdik. Allah rəhmət eləsin".

Qeyd edək ki, Aygün Bəylər bu ilin yanvarında Ankarada müalicə aldığı xəstəxanada dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.


BiG.Az
Seçilən
21
4
big.az

4Mənbələr