AZ

Rusiya 18 Britaniya vətəndaşına sanksiya tətbiq etdi

Rusiya Londonun qarşıdurma kursuna cavab olaraq 18 Britaniya vətəndaşına qarşı sanksiyalar tətbiq edir.

News24.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Məlumata görə, onların arasında Böyük Britaniya müdafiə nazirinin müavini Ceyms Kartlic (James Cartldge), Silahlı Qüvvələrin qərargah rəisinin müavini Çarlz Roland Vinsent (Charles Roland Vincent Walker), Baş nazirin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Sara Makintoş (Sarah Macintosh), Sualtı Qüvvələrin komandanı Saymon Askvit (Simon Asquith), habelə Oksford, Harvard universitetlərinin əməkdaşları və başqa məsul şəxslər daxil edilib.

Mehriban Mirzəzadə




Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
5
news24.az

5Mənbələr