AZ

Çində məşhur avtomobil şirkəti müflis ola bilər

Çinin premium elektrik avtomobilləri istehsalçısı HiPhi maliyyə problemlərinə görə müflis ola bilər.

Bu barədə Carnewschina.com xəbər verir.

Şirkətin qeyri-stabil mövqeyi ilə bağlı şayiələr 2024-cü ilin əvvəlində ortaya çıxdı.

Qeyd olunur ki, 2024-cü ilin yanvarında şirkət işçilərinə maaşların ödənilməsini gecikdirib, 2023-cü ildə fəaliyyətin nəticələrinə görə mükafatları ləğv edib, həmçinin top-menecerlərinin maaşlarını azaldıb.

Yanvar ayında da HiPhi avtomobillərinin istehsalının və tədqiqat-konstruktor işlərinin dayandırılması ilə bağlı söz-söhbətlər ortaya çıxdı. Bu xəbərlərə cavab olaraq HiPhi nümayəndələri şirkətin fəaliyyətini davam etdirdiyini bildirdilər. Bununla belə, fevralın 7-də şirkət işçilərdən evdə işləməyə keçməyi xahiş etdiyi barədə məlumatlar ortaya çıxdı. Eyni zamanda işçilərə öz vəzifələrini yerinə yetirmək imkanı verilməyib.

Mənbə: Autotech

Seçilən
149
9
dogru.az

10Mənbələr