AZ

Fransa prezidenti G7-nin Ukrayna ilə bağlı onlayn sammitində iştirak etməyəcək

Fransa prezidenti G7-nin Ukrayna ilə bağlı onlayn sammitində iştirak etməyəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Fransanın "La Republica" qəzeti məlumat yayıb.

Məlumata görə, Fransa prezidenti Emmanuel Makron İtaliyanın baş naziri Giorgia Melonun sədrlik etdiyi Kiyevdən videokonfrans vasitəsilə günortadan sonra keçiriləcək Yeddilik Qrupu sammitində iştirak etməyəcək.
Nəşrin qeyd etdiyi kimi, Meloninin Kiyevə getdiyini və oradan G7-nin digər liderləri, o cümlədən ABŞ prezidenti Co Baydenlə videobağlantı qurulacağı nəzərə alınmaqla, Makronun qərarı italyan tərəfdaşlarına hörmətsizliyin ifadəsidir.

Qeyd olunub ki, Fransanı Kiyevdə keçirilən G7-nin yarı virtual sammitində Silahlı Qüvvələr naziri Sebastyan Lekornu təmsil edəcək.

Bizim.Media
 

Seçilən
58
6
bizim.media

7Mənbələr