1 mart 2024-cü il saat 00:00-dan (29 fevral, Bakı vaxtı ilə saat 23:00) Qazaxıstan rəsmi olaraq vahid saat qurşağına keçib.AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bundan sonra Qazaxıstanın bütün ərazisində 5-ci saat qurşağı (UTC+5) tətbiq ediləcək. Əvvəllər ölkədə iki saat qurşağı - UTC+5 və UTC+6 istifadə olunurdu. Ölkə ərazisinin böyük hissəsi (qərb rayonları istisna olmaqla) UTC+6 zonasında olub.
Beləliklə, fevralın 29-dan martın 1-nə keçən gecə Manqistau, Atırau, Qərbi Qazaxıstan, Aktobe və Qızılorda vilayətləri istisna olmaqla, bütün regionlarda vaxt bir saat geri çəkilir (UTC+6 zonasında).
Qeys edək ki, daha əvvəl qazaxıstanlı ekspertlər 6-cı saat qurşağınən təbii günəş vaxtı ilə uyğun gəlmədiyini və vətəndaşların sağlamlığına mənfi təsir göstərdiyini deyiblər. Vahid vaxtın olması nəqliyyat və digər kommunikasiyaların koordinasiyasını yaxşılaşdıracaq və biznesə müsbət təsir göstərəcək.
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta