AZ

Ceyhun Bayramov: TDT-yə üzv ölkələrlə Azərbaycan arasında bütün sahələrdə daha da artan əməkdaşlığın şahidiyik

“Azərbaycanın xarici siyasət prioriteti bütün ölkələrlə qarşılıqlı hörmətə əsaslanan və bir-birinin daxili məsələlərinə qarışmama prinsipindən çıxış edərək, dostluq münasibətlərinin qurulmasından ibarətdir”.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bunu III Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov azərbaycanlı və türkiyəli jurnalistlərə açıqlamasında bildirib.

Nazir onu da qeyd edib ki, Azərbaycan üçün prioritet əməkdaşlıq istiqamətlərindən ən vacibi olanlar arasında Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əməkdaşlıqdır.

“Qardaş Türkiyə ilə Azərbaycan arasında olan münasibətlərin dünyada bənzəri yoxdur. Biz keçmiş və yaxın tariximizdə konkret addımlar və proseslərlə bunun şahidi olduq. Bu gün isə daha geniş - türk çoğrafiyasında, TDT-yə üzv ölkələr arasında bütün sahələrdə daha da artan əməkdaşlığın, yeni üfüqlərin şahidiyik. Bu məsələlər ətrafında (ADF2024 çərçivəsində - red.) konkret müzakirələr baş tutdu. Əlavə olaraq forumda da iştirak edərək, bir çox digər dost dövlətlərin nümayəndələri ilə görüşlər keçirdik. Hər bir görüşdə konkret inkişaflar, layihələr müzakirə olundu, hansılar ki, həm ölkəmizin inkişafı üçün həm də həmin dövlətlər üçün çox önəmlidir”, - deyə C. Bayramov vurğulayıb.

Seçilən
95
1
apa.az

2Mənbələr