AZ

Arda Gülər “Milan”a keçə bilər

"Real"In futbolçusu Arda gülər karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. 

Bizim.Media xəbər verir ki, türk yarımmüdafiəçinin xidmətində "Milan" maraqlıdır. Bu barədə "Marca" nəşri məlumat yayıb.

Milan təmsilçisi Türkiyə millisinin üzvünü 2 illik icarəyə götürmək istəyir.
Qeyd edək ki, "Real" Arda Güləri mövsümün əvvəlində "Fənərbaxça"dan 20 milyon avroya transfer edib. 19 yaşlı futbolçu "kral klubu"nun heyətində meydana çıxdığı 5 rəsmi matçda 92 dəqiqə oynayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

Seçilən
191
3
bizim.media

10Mənbələr