AZ

“Barselona” onunla maraqlanır

"Bavariya"nın futbolçusu Erik-Maksim Çupo-Motinq yayda klubunu dəyişə bilər.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, kamerunlu hücumçu "Barselona"nın maraq dairəsinə düşüb.

İspaniya klubu 34 yaşlı futbolçunu azad agent kimi ələ keçirmək istəyir. Mövsümün sonunda müqaviləsi başa çatacaq forvard digər klublardan da təkliflər alıb. O, İngiltərə, İtaliya və Səudiyyə Ərəbistanı təmsilçilərinin hədəfindədir.

Qeyd edək ki, Çupo-Motinq 2020-ci ilin oktyabrında PSJ-dən "Bavariya"ya azad agent kimi keçib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
175
38
milli.az

10Mənbələr