AZ

Ekologiya və təbii sərvətlər naziri Siyəzəndə vətəndaşları qəbul edib

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, 9 mart 2024-cü il tarixində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Siyəzən şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
  
Qəbuldan əvvəl nazir və Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, işlə təminolunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün Nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
317
14
demokrat.az

10Mənbələr