AZ

Silahlı Qüvvələrin keçmiş komandanı hərbiyə yararsız çıxdı

Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı qışda hərbi xidmətə yararsız elan edilib.

Lent.az xəbər verir ki, bu barədə Ukraynanın “Zerkalo Nedeli” nəşri məlumat yayıb.

Zalujnının tibbi müayinədən keçdiyi tarix göstərilmir. Qeyd olunur ki, o, fevral ayında hərbi xidmətdən azad olunması ilə bağlı arayış təqdim edib.

Nəşrin məlumatına görə, Zalujnı Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən azad edildikdən sonra Ukraynanın müdafiə naziri Rustem Umerovun sərəncamına verilib. Lakin ona hazırlıq səviyyəsinə və təcrübəsinə uyğun əhəmiyyətli hərbi vəzifə təklif edilməyib. Bununla bağlı Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı başqa fəaliyyətlə məşğul olmaq imkanı və hüququ əldə etmək üçün hərbi xidmətdən istefa vermək qərarına gəlib.

Bundan əvvəl Zalujnının Ukraynanın Böyük Britaniyadakı səfiri təyin edildiyi bildirilib. Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Silahlı Qüvvələrinin keçmiş baş komandanı diplomatik işə göndərilməsini özü xahiş edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
14
lent.az

10Mənbələr