Ermənilər Qazaxın işğal altında olan Yuxarı Əskipara kəndinə “ekskursiya” təşkil etməyi planlaşdırır.Bu barədə Qazax rayonunun Ermənistanın işğalı altında qalan kəndlərində fəaliyyət göstərən “Döyüş qardaşlığı” qanunsuz birləşməsi məlumat yayıb.Vurğulanıb ki, guya “ekskursiya”nın məqsədi Yuxarı Əskiparanın gözəl təbiəti və tarixi-mədəni yerləri ilə tanış olmaqdır.Qanunsuz fəaliyyət göstərən qruplaşma bununla həm də “Ermənistan vətəndaşlarının istənilən ərazilərə sərbəst hərəkət etmək hüququnun olduğunu göstərmək” niyyətindədir.“Martın 17-də Yuxarı Əskipara kəndində görüşəcəyik”, – “Döyüş qardaşlığı”nın mesajında deyilir.İrəvanın sülhə əngəl olan növbəti addımını “Sherg.az”a dəyərləndirən siyasi şərhçi Zeynal Əmrəliyev bildirib ki, Ermənistan daxilində hələ də " Döyüş qardaşlığı " və digər bu qəbildən olan revanşist təşkilatlar mövcuddur:“Onların məqsədi Azərbaycanı müharibəyə təhrik etməkdir. Son günlər bu kəndlərlərlə bağlı müzakirələrdə fəallıq var. Azərbaycan haqlı olaraq həmən kəndlərin qeyd-şərtsiz, dərhal Azərbaycana qaytarılmasını tələb edir. Həmin kəndlər keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən (DQMV) kənar işğal olunmuş kəndləridir. Ermənilər həmin dövrdə tək Dağlıq Qarabağ bölgəsinə yox, Naxçıvan və Qazax istiqamətinə də hücuma keçmişdilər. Azərbaycan öz ordusu hesabına keçmiş Dağlıq Qarabağı azad etdi. Bunun üçün bizə cəmi 44 gün vaxt lazım oldu. İndi isə bir neçə saat lazımdır ki, Azərbaycan ordusu həmin 8 kəndi azad etsin”.Ekspert vurğulayıb ki, sözügedən təşkilatlar Ermənistan hökumətinə maneçilik yaradır:“Paşinyan hökuməti onları bu məsələ ilə bağlı lazımi dildə başa salmalı, hətta cəzalandırmalıdır. Əksi halda bunu Azərbaycan icra edəcək. Hazırda Bakıda, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) tecridxanasında olan keçmiş seperatçıların aqibəti Ermənistanda hamı üçün dərs olmalıdır. O kəndlər Azərbaycan ərazisidir və ora edilən istənilən səfər qanunsuz sayılacaq. Erməni hökuməti onlara bunu başa salmalıdır. 8 kənd Azərbaycan ərazisidir və Ermənistan onları dərhal Azərbaycana təhvil verməlidir. Əks halda Azərbaycan bunu öz gücü hesabına həyata keçirəcək. Ermənistan hökuməti yaxın tarixdən nəticə çıxarmalı, 2020-ci ilin payızını və 2023-cü ilin sentyabrını xatırlamalıdır. Bunun əksi Ermənistan üçün ağır nəticələrə səbəb olacaq. Ermənistan əgər fəlakətlə üzləşmək istəmirsə, Azərbaycanın bütün tələblərini qəbul edib sülh masasına əyləşməlidir”.Xatırladaq ki, Qazaxın 7 kəndi (Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli) 1990-cı ildən bugünədək erməni işğalı altındadır. Azərbaycan ərazilərinə bu cür “səfər”lərin təşkil olunması qeyri-qanunidir və Ermənistanın növbəti riyakarlığının göstəricisidir.Bir müddət əvvəl Yuxarı Əskipara kəndinə girən “Döyüş qardaşlığı” təşkilatının üzvləri Avetis Avetisyan (2020-ci il müharibəsinin iştirakçısı) və Henrik Mkrtçyan saxlanılmış, daha sonra sərbəst buraxılmışdılar. Erməni mənbələri yazırdı ki, onlara sözügedən kəndə girmək qadağan edilib və buranın Azərbaycana təhvil veriləcəyi deyilib.Rəsmi İrəvan 17 martdakı qanunsuz “ekskursiya”ya icazə versə, bu, sülh prosesinə vurulan növbəti zərbə olacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta