Polşa NATO ölkələrinin müdafiə xərclərini ÜDM-in 3%-nə qədər artırmağı təklif edəcək.
Bu barədə Polşa prezidenti Andjey Duda bildirib.
"Müttəfiqlərimiz üçün çox vacibdir ki, Polşa bütövlükdə, siyasi mənada, təhlükəsizlik məsələlərində və Polşa ordusunun modernləşdirilməsi məsələlərində eyni şeyi deyir", - Duda deyib.
Dudanın bəyanatı Varşavada prezident sarayında Milli Təhlükəsizlik Şurasının iclasında səsləndirilib.