AZ

Hakimiyyətin səbr kasası doldu: Bu aparıcılar efirdən uzaqlaşdırılır - TARİX AÇIQLANDI

Sosial problemlərin müzakirə olunduğu verilişlərlə bağlı narazılığın kütləvi xarakter alması hakimiyyət ideoloqlarını narahat etməyə başlayıb. İqtidar düşərgəsində hesab edirlər ki, Azərbaycan efirinə çəki-düzən verməyin vaxtı çatıb.

Yenisabah.az xəbər verir ki, sosial verilişlərdə peşəkar prinsiplərin ayaqlar altına atılması, şəxsi həyata yersiz müdaxilə, aparıcıların müstəntiq funksiyasını həyata keçirməsi ciddi narazılıq doğurub. Qafqazinfonun məlumatına görə, bununla bağlı artıq dörd TV-nin - ATV, Xəzər, ARB və Space televiziyasının rəhbəri Prezident Administrasiyasına çağırılıb. Onlara "Səni axtarıram", "Elgizlə izlə*, "Yaxşıya doğru", "Bizimləsən", "Həmin Zaur" verilişləri ilə bağlı xəbərdarlıq edilib. Və onlardan efirdəki bu biabırçılığa tezliklə son qoymaq qəti şəkildə tələb olunub.

Aldığımız məlumata görə, telekanal rəhbərləri vəziyyətin ciddi olduğunu nəzərə alaraq, tədbir görməyə qərar veriblər. Tədbirlər planına həmin verilişlərin bağlanılması da daxildir.

Adıçəkilən telekanallardan birinin məsul şəxsi "Yeni Sabah"a açıqlamasında deyib ki, hazırda həmin verilişlərin bağlanılması mümkün deyil. Bu, həmin telekanalların fəaliyyətinə ciddi zərbə vura, efirdə boşluğun yaranmasına səbəb ola bilər. Buna görə də ilkin mərhələdə bu verilişlərin keyfiyyətinin artırılmasına, qeyri-etik davranışlara son qoyulmasına qərar verilib. Sezon sonunda isə həmin verilişlərin tamamilə efirdən yığışdırılması barədə razılığa gəlinib.

Mənbə deyib ki, telekanal rəhbərləri özləri də sözügedən verilişlərin onların reputasiyasını ciddi şəkildə zədələdiyinin fərqindədir və bu biabırçılığa son qoymaq üçün yollar axtarırlar.


Telegram kanalımız
Seçilən
128
9
yenisabah.az

10Mənbələr