AZ

Tanınmış telejurnalist Xoşqədəm, Zaur və Elgizə söz atdı 

Tanınmış telejurnalist Həmid Herisçi telekanallardakı şou proqramların aparıcılarına söz atıb. 

Modern.az-ın məlumatına görə, H.Heriçsi bununla həm telekanalları, həm də bəzi aparıcıları ictimai qınağın hədəfinə çıxarıb.

“Azərbaycan TV-ləri İlhamiýəsizdi, Həmidsizdi.  Xoşqədəmli, Zaurlu, Elgizlidi”, - H.Herisçi sosial şəbəkədə yazıb.

Qeyd edək ki, Həmid Herisçi həyat yoldaşı İlhamiyyə Rza ilə birgə telekanallarda müxtəlif verilişlər aparıb. H.Herisçinin sonuncu iş yeri AzTV olub. O, ötən ilin yayında Dövlət Televiziyası ilə ilə yollarını ayırıb.

Xatırladaq ki, br neçə gün əvvəl ATV, "Xəzər", ARB və "Space" telekanallarının rəhbərləri Prezident Administrasiyasına dəvət olunublar. Onların iştirakı ilə keçirilən iclasda bu telekanallarda yayımlanan bir sıra şou və sosial verilişlərdəki biabırçı vəziyyətlə bağlı ciddi iradlar səsləndirilib.

Qeyd edilib ki, ictimai narazılıq və narahatlıq doğuran “Bizimləsən”, “Elgizlə izlə”, “Səni axtarıram”, “Həmin Zaur”, “Gəl danış”, “Yaxşıya doğru”, “Təsir dairəsi” kimi verilişlər son illər teleradio məkanının inkişafı sahəsində əldə olunmuş uğurlara ciddi kölgə salır. 


Telegram kanalımız
Seçilən
179
2
yenisabah.az

10Mənbələr