AZ

"Rəqib nə qədər icazə versə, “Qarabağ” da elə o qədər oynayacaq" - Rahid Əmirquliyev

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində “Qarabağ” səfərdə “Bayer-04”lə qarşılaşacaq. Rəqibin cütün aşkar favoriti olduğu aydındı.

Amma Qurban Qurbanov və komandası də dəfələrlə futbolsevərləri təəccübləndirməyi bacarıb. Görəsən, Xabi Alonsonun 36 oyunluq məğlubiyyətsizlik seriyasına malik olan “alman maşını”nın qarşısını necə almaq olar? Ağdam təmsilçisi necə oynamalıdı ki, növbəti mərhələyə adlamağın mümkünlüyünə ümid edə bilək? Erkən qol buraxmaq yekun uğur baxımından nə dərəcədə önəmli olardı? Bu sualları "Qarabağ"ın veteran futbolçusu Rahid Əmirquliyevə müraciət etdik:

“Əlbəttə, “Qarabağ”ı səfərdə çox ağır oyun gözləyir. “Bayer-04”ün necə komanda olduğunu hamı yaxşı bilir. Yəni bu mövsüm həm bundesliqada, həm də Avropa Liqasında inanılmaz oyun nümayiş etdirirlər. Komanda 36 matçdı məğlub olmur. Buna görə “Qarabağ”ı çox çətin sınaq gözləyir. Doğrudu, Ağdam təmsilçisi Bakıda “aspirinlər”ə qarşı yaxşı oyun sərgiləmişdi. Hətta hesabda 2:0 önə də keçmişdilər. Qrup mərhələsi çərçivəsində də “Bayer-04”ə qarşı Bakıda çox yaxşı performans göstərmişdilər. Sözsüz, səfər matçı daha çətin olacaq. Yəni qarşılaşmanın aşkar favoriti “Bayer-04”dü. Buna görə də “köhlən atlar”ın mərhələni keçə bilmək şansı daha azdı. Ancaq az da olsa, yenə də nəyəsə ümid var. Necə oynamaq lazım olduğunu isə Qurban Qurbanov hər kəsdən yaxşı bilir. Fəqət bir tərəfdən də bu “Bayer-04”dən asılıdı. Yəni rəqib nə qədər icazə versə, “Qarabağ” da elə o qədər oynayacaq”.

KAMAL SƏFƏR
Seçilən
289
50
football-plus.az

10Mənbələr