Azərbaycanın avtomobil parkının təxminən 40 faizini köhnə nəqliyyat vasitələri təşkil edir.Metbuat.az baku.ws-ə istinadən xəbər verir ki, Xezerxeber.az-ın məlumatına görə, köhnə avtomobillərlə bağlı problemləri aradan qaldırmaq üçün onların utilizasiyası nəzərdə tutulub.Xezerxeber.az-a mövzu ilə bağlı danışan nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, həmin avtomobillərin təkrar emalı üçün yeni istehsalat sahəsinin formalaşmasına da ehtiyac var. Hazırda avtomobil parkında yaşı 10-dan az olan maşınların sayı 20 faiz civarındadır.Ekspert qeyd edib ki, ictimai nəqliyyatda mobilliyin istənilən səviyyədə olmaması da minik avtomobillərinin idxalını artıran səbəblərdən biridir.“Təmiz şəhər” ASC-dən isə bildirilib ki, artıq "Nəqliyyat vasitələrinin utilizasiyası fondu" yaradılıb və utilizasiya haqlarının toplanılmasına başlanıb.Qanunvericiliyin digər aidiyyəti müddəaları isə sentyabrın 1-də qüvvəyə minəcək. Hazırda prosesin elektronlaşdırılması və utilizatorların qeydiyyatı ilə bağlı işlər davam etdirilir.