AZ

“Boa Agency" ASC-nin səhmləri Birjada listinqə daxil edilib

14 mart 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Boa Agency" ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində şərti listinqə daxil edilib.

Biranın yaydığı məlumatda bildirilir ki, “Boa Agency" ASC-nin “Bakı Fond Birjasi” QSC-də “Qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanılması,  delistinqi və ticarətinin təşkili qaydaları” nın 4.5-ci bəndinin tələblərinə uyğun olaraq, özünün nizamnamə kapitalını növbəti 6 ay ərzində ən azı 200 min manata çatdırılmasını üzərinə götürür.

Qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. 15 mart 2024-cü il tarixində “Boa Agency" ASC-nin səhmləri üzrə abunə yazılışına başlanılmış və 3 (üç) iş günü müddətində davam edəcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış yerləşdirmənin baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır. 

Yerləşdirmə üzrə anderrayter “Unicapital İ.Ş” ASC-dir.

Adi, adlı, sənədsiz  səhmlərin sayı 110 000 ədəd, hər birinin nominal dəyəri 1 manatdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
243
4
marja.az

10Mənbələr