AZ

Əlikram açdı sandığı, tökdü pambığı: “Mənə tapşırdı ki...”

Müğənni Əlikram Bayramov qatıldığı teleproqramlardan birində Elgiz Əkbər haqqında maraqlı fikirlər səsləndirib.

Yenisabnah.az lent.az-a istinadla xəbər verir ki, o, aparıcının onu meyxanaçılarla eyni proqrama çıxarkən əvvəlcədən təlimat aldığını etiraf edib.

"Verilişə çağırıb, proqramdan əvvəl mənə tapşırdı ki, meyxananı kəskin tənqid elə. Dedim, başına dönüm, öz sənətimdən de, ondan danışım, mənim meyxanadan başım çıxmaz.

Dedi, yox e, tənqid eləməlisən. Veriliş başladı, başladım danışmağa, dedim meyxanaçılar mahnı oxumamalıdır, filan... Bir də gördüm meyxanaçı Ələkbər gəldi proqrama. Mənə qayıdasan ki, sən yaxşı oxumursan deyə, meyxanaçılar mahnı oxumağa başladı.

Ələkbərə söz çatdıra bilərəm?! Özüm-özümə dedim, haqq olur sənə, Əlikram, sənin meyxana ilə nə işin var?!"


Telegram kanalımız
Seçilən
58
13
yenisabah.az

10Mənbələr