AZ

Türkiyə nəhəngi Qurban Qurbanovla maraqlanır

Türkiyənin "Beşiktaş" klubu Qurban Qurbanovla maraqlanır.

Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə "Fotospor" portalı məlumat yayıb.

Bildirilir ki, İstanbul klununun futbol direktoru Samet Aybaba Leverkuzendə keçirilən Avropa Liqasının "Bayer" - "Qarabağ" matçını izləyib. O, "Qarabağ"da Abdullah Zubir və Juninyonu bəyənib. Üstəlik baş məşqçi Qurban Qurbanovun oyun stili Samet Aybabanın diqqətini çəkib.

İddia olunur ki, 2008-ci ildən "Qarabağ"ı çalışdıran Qurban Qurbanov 16 il sonra komandadan ayrılmağı və karyerasını Super Liqada davam etdirməyi planlayır. 
O da qeyd edilir ki, hazırkı çalışdırıcı Fernandu Santuşdan sonra "Beşiktaş"ın baş məşqçisi postuna ən layiqli namizəd Qurban Qurbanov hesab olunur. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
103
15
milli.az

10Mənbələr