Azərbaycanda daha bir kənddə yas mərasimində yemək verilməməsi qərara alınıb.
Yenisabah.az ölkə.az-a istinadla xəbər verir ki, bu barədə Şəki rayonunun Şirinbulaq kənd camaatı ümumi qərar çıxarıb.
Böyük Dəhnə, Kiçik Dəhnə və Oxud kəndlərində də artıq yaslarda yemək verilməsi adətinin tədricən aradan qalxıb. Artıq bir neçə ildir Şəkinin Orta Zəyzid kəndində bu qayda tətbiq olunur.
Xatırladaq ki, daha əvvəl Naxçıvanın Mahmudkənd və Culfa rayonunun Camaldın kəndinin sakinləri yas mərasimlərində yemək verilməsini dayandırıb.
Bunu israfçılıq hesab edən kənd sakinləri Camaldın kəndində yas mərasimlərində yalnız çay süfrəsi olacağını bildiriblər.
Telegram kanalımız