AZ

"Azərpambıq" müqaviləsiz işçi çalışdırıb - külli miqarda cərimələnə bilər

"Azərpambıq Aqrar Sənaye Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində protokol tərtib edilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tərtib edilən protokol İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək qanunvericiliyinin pozulması) maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək, vəzifəli şəxslər 3000-5000 manatadək, hüquqi şəxslər 20000-25000 manatadək məbləğdə cərimə edilir.

"Azərpambıq Aqrar Sənaye Kompleksi" nazirliyin qərarından məhkəməyə müraciət edib. İşə 02.04.2024-cü il tarixində Yasamal Rayon Məhkəməsində Murad Məmmədovun sədrliyi ilə baxılacaq. 

Aydın
Seçilən
122
2
qaynarinfo.az

7Mənbələr