AZ

Olimpiya Oyunlarında idmançılara qoyulan bu qadağa aradan qaldırıldı

2024-cü il Olimpiya Oyunlarının təşkilatçıları idmançılar üçün cinsi əlaqəyə qoyulan qadağanı ləğv ediblər. Olimpiya kəndi 300 min prezervativlə təmin olunacaq.

Milli.Az lent.az-a istinadən bildirir ki, 14.500 idmançının və yardımçı heyətin yerləşəcəyi Olimpiya kəndində 300.000 prezervativ paylanacaq... hər bir insanın gündə bir neçə dəfə cinsi əlaqədə olması üçün kifayət qədər... digər imkanlardan əlavə.

"İdmançılar komissiyası ilə işləyərək biz idmançıların özlərini rahat hiss edəcəkləri yerlər yaratmaq istədik" kəndin direktoru Loran Mişo deyib.

Qeyd edək ki, prezervativlər 1988-ci ildə Seul Olimpiadasında HİV və digər cinsi yolla keçən xəstəliklər haqqında məlumatlılığı artırmaq üçün paylanılıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
162
11
milli.az

10Mənbələr