AZ

Bələdiyyə sədrindən işçisinə qarşı İYRƏNC ƏMƏL - VİDEO

Mardinin Yeşilli mahalının bələdiyyə sədri vəzifəsini icra edən Hayrettin Dəmirin ofisində xanımlara qarşı etdiyi əxlaqsız hərəkətlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Day.Az publika.az-a istinadən xəbər verir ki, 7 uşaq atası olan 57 yaşlı məmurun 25 yaşlı işçisinə qarşı etdiyi hərəkət təcavüz kimi qiymətləndirilib.

Sözügedən görüntülərlə bağlı Halktv.com.tr-yə açıqlama verən Hayrettin Dəmir görüntülərdəki şəxsin özü olduğunu etiraf edib və hərəkətlərinin təcavüz olmadığını deyib.

25 yaşlı xanım işçisi ilə ata-qız münasibəti olduğunu deyən Dəmir, görüntülərdə qeyi-etik bir hərəkətin olmadığını bildirib. Məlum görüntülər ortaya çıxdıqdan sonra xanım bələdiyyə işçisi iş yerini dəyişərək başqa bir bələdiyyəyə keçib.

Qeyd edək ki,martın 31-də keçiriləcək seçkilərdə Hayrettin Dəmirin yenidən namizədliyi irəli sürüləcək.

Seçilən
105
7
day.az

8Mənbələr