Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində baş vermiş silahlı hücumda beş nəfərin iştirak etdiyi məlum olub.
E-huquq.az xəbər verir ki, bu barədə “Shot” teleqram kanalı məlumat yayıb.
“Krokusda güllələnməni həyata keçirən qrupun tərkibində azı 5 silahlı adam var idi”, – teleqram kanala mənbə bildirib.
Xatırladaq ki, Rusiyada baş vermiş silahlı hücumda azı 10 nəfər ölüb, onlarla insan yaralanıb.