“Crocus City Hall”da baş verən terror aktı zamanı həlak olan azərbaycanlı barədə yeni məlumatlar əldə olunub.
Terror aktında həlak olan həmyerlimizin 1983-cü il təvəllüdlü Hüseynov Vüqar Fuad oğlu olduğu məlum olub.
Terror aktı ilə bağlı yaradılmış operativ qərargahdan APA-ya bildiriblər ki, V. Hüseynovun Azərbaycan və ya Rusiya vətəndaşı olduğu araşdırılır.