Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Moskvadakı “Crocus City Hall”da törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı və ağır fəsadlarla əlaqədar Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri general-leytenant Aleksandr Kurenkova başsağlığı məktubu göndərib.
FHN-dən FED.az-a verilən xəbərə görə, nazir həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığını çatdırıb, yaralananların tezliklə sağalmasını arzuladığını bildirib.