AZ

Bəy gəlinin cehizinə görə toyu ləğv etdi

Hindistanın Madhya-Pradeş ştatında bəy ona motosiklet və qızıl zəncir hədiyyə almadığı üçün toyunu ləğv edib.

Milli.Az lent.az-a istinadən bildirir ki, bəy və gəlinin ailələri şadlıq sarayına toplaşan zaman mübahisə düşüb. Bəyin qohumları dərhal gəlinin qohumlarından vəd edilmiş cehizi tələb ediblər: motosiklet və bəyin xəyal etdiyi qızıl zəncir. Cavab veriblər ki, ala bilməyəcəklər.

Sözlü mübahisə başlayıb və az qala davaya çevrilsin. Bəy gəlinin atasının yaxasından tuta bilsə də, sonda toyun ləğv olunduğunu elan etməklə kifayətlənib. Bundan sonra o, qohumları ilə şadlıq sarayını tərk edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
250
10
milli.az

10Mənbələr