Bakıda 9, rayonlarda 13 dərəcə isti gözlənilir
Martın 25-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.
Gecə 3-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 752 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.
Rayonlarda bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Gecə və səhər arabir duman. Mülayim qərb küləyi əsəcək. Gecə 4-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti olacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta