AZ

İşğalda olan Yuxarı Əskipara kəndinə gedən 24 silahlı erməni TUTULDU

Qazaxın işğal altındakı Yuxarı Əskipara kəndinə döyüş hazırlığı keçməyə gedən silahlı qrup saxlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.

Mənbə qeyd edir ki, "Döyüş Qardaşlığı" adlı dəstənin, ümumilikdə, 24 üzvü saxlanılıb və silah-sursatları müsadirə edilib.

Ermənistan DİN onları qanunsuz silah-sursat daşımada ittiham edib. 

Sözügedən silahlı dəstə Qazaxın işğal altındakı kəndlərinin Azərbaycana təhvil verilməsinə qarşı çıxaraq müqavimət hərəkatı yaratmağa cəhd edirdi.

Bizim.Media
 

 
Seçilən
345
29
bizim.media

10Mənbələr