AZ

Gəncənin Şəhidlər Xiyabanında biabırçı vəziyyət - VİDEO

"Özümə söz vermişəm, bundan sonra heç bir müğənni ilə bağlı suala cavab verməyəcəyəm. Elə bil bütün verilişlərə pul veriblər ki, eyni müğənnilər haqqında hamıya sual verirlər".
Paralel.az xəbər verir ki, bunu müğənni Nura Suri "Rəngarəng səhər" verilişində deyib. Sənətçi aparıcı Aysel Novruzovanın "Sizə mahnıdan sual verməyəcəyəm" sözlərindən sonra ona irad bildirib və heç bir həmkarı ilə bağlı danışmaq istəmədiyini qeyd edib: 
"Sanki həmin müğənnilərin reklamını aparırlar. Çox xahiş edirəm, səsimi kəsməyin. Bütün verilişlərdə niyə 3-4 müğənninin adını çəkib, təbliğatını aparırsınız? Sizin proqramınıza gələn müğənnilərə ancaq onlar haqqında suallar verirsiniz və şəkillərini göstərirsiniz. Mən heç bir müğənninin adını çəkən deyiləm. Bundan sonra da heç bir həmkarım barədə fikir bildirməyəcəyəm. Anam deyir ki, hamı haqda yaxşı danışırsan, amma onlar sənin barəndə bir dənə də olsun xoş söz demirlər".(axşam.az)

Seçilən
485
7
missiya.az

10Mənbələr