“Moskva müxtəlif ölkələrin Ukrayna ətrafındakı vəziyyəti həll etmək istəyini alqışlayır”.
NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O bildirib ki, Rusiyanın iştirakı olmadan problemin öhdəsindən gəlmək mümkün deyil.
“Bir çox ölkələr Ukrayna ətrafında vəziyyətin sülh yolu ilə həllinə töhfə vermək istəyir və müxtəlif formatlara qoşulmağa hazırdırlar. Biz bunu başa düşürük və bu münasibəti alqışlayırıq. Ancaq Ukrayna problemini Rusiyanın iştirakı olmadan həll etmək mümkündürmü? Cavab birmənalıdır – mümkün deyil”, – deyə Peskov qeyd edib.