Bakı, 27 mart, AZƏRTAC
Futbol üzrə Türkiyə millisi yoldaşlıq görüşündə Avstriya yığmasına böyük hesabla məğlub olub.
AZƏRTAC xəbər verir ki, görüş Avropa çempionatına hazırlıq mərhələsi çərçivəsində Ernst-Happel stadionunda reallaşıb. Qarşılaşmada Avstriya yığması altı dəfə fərqlənib.
Qardaş ölkə bu qollardan yalnız birinin əvəzini çıxa bilib - 1:6.
Qeyd edək ki, Türkiyə qitə birinciliyində F qrupunda mübarizə aparacaq. Onun rəqibləri Gürcüstan, Çexiya və Portuqaliya yığmalarıdır.