Sankt-Peterburqdakı Pulkovo hava limanında polis əməkdaşları hüquq-mühafizə orqanlarına yalan məlumat verən Kemerovo vilayətinin 48 yaşlı sakinini saxlayıb.
Sfera.az xəbər verir ki, bu barədə Şimal-Qərb Federal Dairəsi üzrə Nəqliyyat üzrə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, o, həmkarının əl yükündə təhlükəli əşyalar olduğu barədə yalan məlumat verib.
Məlumata görə, yoxlama nəticəsində heç bir şübhəli əşya aşkar edilməyib.
Bildirilib ki, terror aktı barədə qəsdən yalan məlumat verdiyi üçün şübhəli şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.