“Moskva vilayətində “Crocus City Hall” konsert zalında baş vermiş terror aktında yaralananlardan biri xəstəxanada dünyasını dəyişib. Bununla da terror aktında həlak olanların sayı 140-a yüksəlib”.
Bu barədə Rusiya Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşko bildirib.
Nazir həmçinin yaralılar barədə məlumat verib, onlardan biri uşaq olmaqla 76 nəfərinin xəstəxanalardan evə buraxıldığını deyib. Qurum rəhbərinin sözlərinə görə, hazırda tibb müəssisələrində 80 nəfər müalicə alır.
Qeyd edək ki, bundan əvvəl yaralananların sayının 360 nəfərə yüksəldiyi bildirilmişdi. Onların arasında 11 uşaq var. Yaralılardan üçü uşaq olmaqla 19 nəfərin vəziyyəti ağır, 34-nün vəziyyəti isə orta ağır qiymətləndirilir.
Xatırladaq ki, martın 22-də Krasnoqorskda “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Terrorçular həbs olunublar.
Mənbə: Ura.ru