AZ

İsrail kəşfiyyatından MÜXALİFƏTƏ XƏBƏRDARLIQ

İsrailin daxili kəşfiyyat xidməti ŞABAK (Şin-Bet) ABŞ-da yaşayan dissident İsrail vətəndaşına dəfələrlə müraciət edərək, baş nazir Benyamin Netanyahunun oğlu, ifrat sağçılığı ilə seçilən Yair Netanyahunun yerini paylaşmaması barədə xəbərdarlıq edib.
Hafta.az-ın “Haaretz” qəzetinə istnadən yazdığına görə, Şin-Bet israrla ABŞ vətəndaşı olan və ABŞ-da Netanyahu əleyhinə etiraz hərəkatının aparıcı israillilərindən biri olan Offir Qutelzona “naməlum nömrə”dən zəng edib.
Bildirilib ki, özünü “Qavri” kimi təqdim edən şəxs Şin-Bet-in “Əks-kəşfiyyat” bölməsinin koordinatoru olduğunu deyib və dəfələrlə WhatsApp mesajları və zəngləri vasitəsilə Qutelzonla əlaqə saxlamağa çalışıb.
Davamlı zənglərdən sonra danışmağa razılıq verən Qutelzon həmsöhbətinin həqiqətən də Şin-Bet işçisi olub-olmamasından şübhələndiyini bildirdikdə, Qavri adlı şəxs “Ailənizin kim olduğunu bilirik” deyib, onun ailə üzvlərinin adlarını və kimlik məlumatlarını verdiyi bildirilib.
Qavrinin çıxışında “Həssas bir dövrdür və (Baş nazir və ailəsi) onlar haqqında təfərrüatları dərc edərkən çox diqqətli olmalıdırlar” deyə xəbərdarlıq etdiyi bildirilib.
Qəzetə danışan Qutelzon, Netanyahu və ailəsinin daha əvvəl yerlərini paylaşmadıqlarını vurğulayaraq, “ABŞ-da yaşayan qanuna tabe olan bir israillinin “Şin Bet”dən xəbərdarlıq zəngi alması narahatedici və qorxuducu cəhddir” deyib.
Xəbərə görə, Netanyahunun oğlunun ABŞ-da qaldığı ilk 7 ay ərzində təxminən 277 min dollar xərcin müqabilində “Şin-Bet” tərəfindən qorunduğu vurğulanıb.
İsrail mətbuatında ifrat sağçı fikirləri ilə tez-tez gündəmə gələn Yair Netanyahu, İsrail Baş Qərargah rəisi Herzi Halevi 7 oktyabr hücumlarını əvvəlcədən bilməkdə və “de-fakto” hərbi çevrilişə cəhddə ittihamlayan “X” yazısını bəyənib.
Oğul Netanyahu 2015-ci ildə işğal altındakı İordan çayının qərb sahilində fələstinli Devabişe ailəsinin evini yandıraraq, bir körpə də daxil olmaqla 3 nəfəri öldürən fanatik yəhudi məskunlaşmaçının "günahsız" olduğunu və fanatik yəhudiyə maddi dəstək verdiyini iddia edib.

Seçilən
181
34
hafta.az

10Mənbələr