Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Day.Az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-9°, gündüz 12-17° olacaq.
Atmosfer təzyiqi 764 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-9°, gündüz 15-20°, dağlarda gecə 2° şaxtadan 3°-dək , gündüz 10-15° olacaq.