AZ

BFB “Kapital Bank”ın 35 milyonluq dollar istiqrazını - LİSTİNQƏ DAXİL ETDİ

28 mart 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kapital Bank” ASC-nin ümumi dəyəri 35 milyon ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.

Dolları olanlar üçün «Kapital Bank»dan istiqraz «bombası» - İLLİK 7%-LƏ DOLLAR İSTİQRAZI GƏLİR

FED.az xəbər verir ki, qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Abunə yazılışının başlanmasına ən azı 1 iş günü qalmış abunə yazılışının baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.

Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

övlət qeydiyyat nömrəsi – İSİNAZ2008005152
İstiqrazların növü və formasıFaizli təmin edilməmiş sənədsiz adlı
İstiqrazların sayı350000 (ədəd)
Nominal Dəyəri100  ABŞ dolları
İllik faiz dərəcəsi7 %
Tədavül müddəti7 il, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə
Kupon faizlərinin ödəniş müddətiRüblük (Hər 90  təqvim günün başa çatması tarixindən növbəti 3 iş günündən gec olmayaraq)

Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.

Seçilən
330
19
fed.az

10Mənbələr