“Qarabağ” heç bir futbolçusuna görə təklif almayıb.
Modern.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
O, adları Türkiyə klubları ilə birgə hallanan oyunçularla bağlı kluba müraciət daxil olmadığını bildirib:
“Biz də bu xəbərləri mediadan oxuyuruq. Ancaq Juninyo və digər futbolçularla bağlı hansısa klubdan təklif almamışıq”.
Qeyd edək ki, Türkiyə mətbuatı hücumçu Olavio Juninyonun “Beşiktaş”ın maraq dairəsində olduğunu yazıb. Həmçinin Leandro Andrade, Andrey Lunyov, Julio Romao və Abdullah Zubirin də adı Avropanın bir neçə klubu ilə birgə hallanıb. ("Report")