Martın 31-də Türkiyədə keçiriləcək bələdiyyə seçkiləri ilə ələqədar ölkədə “sükut günü” elan olunub.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, “sükut günü” seçki nəticələri açıqlanadək davam edəcək.
Bu müddət ərzində televiziya, radio və digər media vasitəsi ilə siyasi reklamlar, seçki və seçkilərin nəticələri barədə xəbərlər, proqnoz və şərhlər vermək qadağandır.
Qeyd edək ki, seçkilərdə 34 siyasi partiya iştirak edəcək. Ümumilikdə 64 milyon 441 mindən çox şəxs səsvermə hüququna malikdir.
Mənbə: qafqazinfo.az
Digər SİYASƏT xəbərləri
Copyright © 2024 All Rights Reserved. Developed by scorpion.az