AZ

Alen Delonun qızı qardaşlarını məhkəməyə verib

Fransız aktyor Alen Delonun qızı Anuşka qardaşları Entoni və Alen-Fabieni şəxsi həyatına müdaxilə etdiyi üçün məhkəməyə verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, iddia ərizəsində qeyd edilib ki, qardaşlar onun atası ilə söhbətinin gizli çəkilmiş videosunu sosial şəbəkələrdə yayımlayıblar.

Məhkəmə iclası 2025-ci ilin aprelində olacaq.

88 yaşlı Alen Delonun övladları yanvar ayından məhkəmədədirlər. Qardaşlar bacılarını atalarının sərvətindən sui-istifadə etməkdə ittiham edirlər.

Yanvarın sonunda Delon məhkəmə nəzarətinə verilib və bir sıra hüquqlar, o cümlədən əmlak üzərində sərəncam vermək imkanları məhdudlaşdırılıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
12
milli.az

10Mənbələr