Bu gün AFFA-nın Hesabat-Seçki Konfransı baş tutacaq.Missiya.Az Report-a istinadən xəbər verir ki, saat 10:00-da “Bulvar Marriott Hotel”də start götürəcək tədbirdə milli assosiasiyaya yeni prezident seçiləcək.Bundan əlavə, qurumun İcraiyyə Komitəsi üçün də seçki təşkil ediləcək.Tədbirdə gənclər və idman nazirinin müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov və İcraiyyə Komitəsinin keçmiş üzvləri iştirak edirlər.AFFA prezidentliyinə yeganə namizəd "Neftçi"nin Müşahidə Şurasının sədri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfdir.İcraiyyə Komitəsinə namizədlər isə aşağıdakılardır:Peşəkar Futbol Liqası İctimai Birliyi – 5 yer1. Səməd Qurbanov – "Neftçi" PFK tərəfindən2. Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən3. Xəyal Cəfərov – "Sumqayıt" FK tərəfindən4. Qurban Qurbanov – "Qarabağ" FK tərəfindən5. Maqsud Adıgözəlov – "Sabah" FK tərəfindənRegional Futbol Federasiyaları İctimai Birliyi – 3 yer1. Elşad Nəsirov – Qərb Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən2. Balakişi Qasımov – Şimal Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən3. Sərxan Hacıyev – Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindənİctimai Futbol Təşkilatları İctimai Birliyi – 2 yer1. Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən2. Zaur Axundov – Ümumazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindənSahə Futbol Federasiyaları İctimai Birliyi – 2 yer1. Ülvi Mansurov – Azərbaycan Futzal Federasiyası tərəfindən2. Leyla Xəlilova – Azərbaycan Tələbə Futbol Federasiyası tərəfindənQeyd edək ki, 2008-ci ildən AFFA-ya rəhbərlik edən Rövnəq Abdullayev namizədliyini irəli sürməyib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta